Bu qadın Türkiyə prezidenti olmaq istəyir – İddia müzakirə yaratdı

8-10-2021, 07:07           
Bu qadın Türkiyə prezidenti olmaq istəyir –
Türkiyənin müxalifətdə olan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş lideri Səlahəddin Dəmirtaşın xanımı Başak Dəmirtaş prezident seçkisində iştirak etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Hüriyyət” qəzetinin köşə yazarı Ahmet Hakan çıxış edib.

“HDP-dən prezidentliyə mümkün namizəd Başak Dəmirtaşdır”, - köşə yazarı qeyd edib.

O, Başak Demirtaşın müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) bağlı T24 telekanalına qonaq qismində çağrılmasının təsadüfi olmadığını deyib: “Başak Dəmirtaş məşhur müxalifət kanalında qonaq olaraq dəvət edildi. Nə baş verir?”

Ahmet Hakanın Başak Dəmirtaşla bağlı irəli sürdüyü iddia müzakirə mövzusuna çevrilib.

Türkiyədə prezident seçkisi 2023-cü ildə keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.