Baş nazir: Türkiyə hücum etsə, Fransa köməyə gələcək

8-10-2021, 00:16           
Baş nazir: Türkiyə hücum etsə, Fransa köməyə gələcək
Türkiyə Yunanıstana hücum etsə, Fransa bizə kömək etməyə tələsəcək.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis deyib.

Nazir iki ölkə arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin Yunanıstan və Fransanın xarici təhlükə yaranacağı durumda bir-birinə kömək edəcəkləri anlamına gəldiyini bildirib.

Müqaviləni ratifikasiya etmək üçün toplanan parlamentdə çıxış edən Yunanıstan baş naziri qeyd edib:

“Üçüncü ölkədən iki dövlətdən birinə hücum edəcəyi təqdirdə onlardan birinin hərbi yardıma gələcəyi müddəası ilk dəfə bu sənəddə açıq və birmənalı şəkildə yer alıb. Hamımız bilirik ki, Aralıq dənizində kim kimi təhdid edir”.

Türk mətbuatına görə, Mitsotakis bu sözlərlə birbaşa Türkiyəni hədəfə alıb. Çünki kontinental şelfləri və dəniz sərhədləri baxımından Türkiyə ilə mübahisə edən Yunanıstanın Egey dənizindəki ərazi sularını qanunsuz olaraq genişləndirmək səyləri qarşısında əsas maneə Ankaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.