Türkiyə ilə yarışa girməyin, SSRİ də belə çökdü - Eks-nazir

8-10-2021, 10:01           
Türkiyə ilə yarışa girməyin, SSRİ də belə çökdü - Eks-nazir
Türkiyə kimi böyük bir iqtisadiyyata qarşı silahlanma yarışı Yunanıstan üçün ciddi təhlükə yaradır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Yunanıstanın keçmiş xarici işlər naziri George Katrouqalos çıxış edib.

Keçmiş XİN rəhbəri Afina hökumətinin Fransa ilə imzaladığı əməkdaşlıq müqaviləsinə etirazını bildirib:

"Türkiyənin ÜMM-si bizdən 4 dəfə çoxdur. Onların dövlət borcu ÜDM-nin 37 faizi, bizimki 210 faizi qədərdir, ən əsası isə hərbi ehtiyaclarının 75 faizi daxili müdafiə sənayesi tərəfindən qarşılanır. Bəs Afina hökuməti? Yunanıstan ordusunu ehtiyac duyduğu mərmiləri belə istehsal edə bilməyəcəyi vəziyyətə gətirdiniz.

Müdafiə büdcəsini 40 faiz artırdınız, səhiyyə büdcəsini isə 12 faiz azaldaraq ölkəni təhlükəli bir silahlanma yarışına daxil etdiniz. Silahlanma yarışı əslində ölkənin müdafiə qabiliyyətini baltalayır. SSRİ də belə çökdü".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.