Fransadan Türkiyəyə dəstək: “Bu qərarı bizi məmnun etdi”

8-10-2021, 12:38           
Fransadan Türkiyəyə dəstək:
“Fransa Türkiyənin Paris İqlim Sazişini təsdiq etməsindən məmnundur”.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Aqnes von der Müll açıqlama verib.

O, sözügedən sazişin Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsinin 26-cı Tərəflər Konfransı (COP26) ərəfəsində müsbət siqnal olduğunu deyib.

Mülün sözlərinə görə, konfrans 31 oktyabr-12 noyabr tarixlərində Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.

Fransanın Paris müqaviləsinin ratifikasiyasından məmnun olduğunu vurğulayan Müll Türkiyənin razılaşmanın həyata keçirilməsi üçün lazım olan digər addımları da tez zamanda atacağına ümid etdiyini bildirib.

Müll Fransa və Avropa Birliyinin (AB) bu vacib mövzularda birgə fəaliyyətlərini artırmaq üçün Türkiyə ilə iqlim və ekologiya məsələlərində dialoqlarını davam etdirdiklərini vurğulayıb.

Müll qeyd edib ki, bütün ölkələr bu qlobal mübarizədə hərəkətə keçməlidirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.