Ayının hücumundan möcüzəylə sağ çıxdı - VİDEO

8-10-2021, 12:43           
Ayının hücumundan möcüzəylə sağ çıxdı - VİDEO
Türkiyənin Tunceli şəhərində heyvanlarını otaran çoban Mustafa Keser ayı hücumuna məruz qalıb.

Sonxeber.az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, çoban hərbi vertolyotla Elazığ Şəhər Xəstəxanasına aparılıb və orada müalicə olunub.

Yaşadığı dəhşətli anları danışan Mustafa Keser ayının ona hücumu zamanı çubuğu heyvanın ağzına salıb, amma heç cür qurtula bilməyib. Ayı ilə uzun müddət boğuşan çoban, ayının boynunu və üzünü dişlədiyini, qarşılıq vermək istəyərkən isə qolunu sındırdığını söyləyib.

"O qışqırdı, mən qışqırdım. Ən son qışqıranda sanki Allah mənə geriyə çevrilməyimi dedi. Geriyə dönüb meşədən qaçmağa başladım".

Ayının hücumu nəticəsində baş, bel, sinə və qasıq nahiyəsindən yaralanan Keser möcüzəylə ayıdan canını qurtarıb. Şok vəziyyətində təxminən 5 kilometr piyada yol getdikdən sonra isə həyat yoldaşına zəng edərək kömək istəyib.

Aysel Səfərzadə












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.