“Azərbaycanı hədələyənlər Türkiyəni qarşılarında görəcəklər” - Akarın bəyanatına SÖZARDI

8-10-2021, 19:07           
“Azərbaycanı hədələyənlər Türkiyəni qarşılarında görəcəklər” -
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəklər. Nazir bu barədə Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində söyləyib.

Nazir Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirərək deyib: “Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma sevdasına düşüb. Bir riyaziyyata, bir tarixə baxın. Belə davranışla Türkiyədən üstün olmaq iddiasından əl çəkin. Yunanıstan iqtisadiyyatı məlumdur. Bu ölkə boc içindədir. Silahlanma sevdası ilə daha böyük borca girərək ölkə iqtisadiyyatını ağır vəziyyətə salacaqlar”.

Regiondakı vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az” vurğulayıb ki, bəzi dövlətlər yaranmış vəziyyətdən narazıdırlar:

“Belə bir şəraitdə Azərbaycanın Türkiyə ilə birliyi çox vacib məsələdir. Məhz iki qardaş ölkənin bu münasibətlərindən narahat olanlar, müxtəlif təxribatlar törədənlər var. Bu baxımdan Türkiyənin birmənalı olaraq mövqeyini ortaya qoyması çox vacibdir. Hulusi Akar açıq şəkildə bildirir ki, kimsə Azərbaycana qarşı təhdidlər edirsə, Türkiyəni qarşısında görəcək. Bu, həddindən artıq vacib məqamdır. O, hər zaman belə açıqlamalar verib və tamamilə real mövqeyini bildirir. Hesab edirəm ki, Akarın söylədikləri regiondakı gərginliklə bağlıdır. O, konkret olaraq mövqeyini ortaya qoyub söyləyir ki, Türkiyə Azərbaycanla bir yerdə olacaq. Necə ki, İkinci Qarabağ müharibəsində də Azərbaycana mənəvi və siyasi dəstək verdilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.