Türkiyənin Rusiyadan S-400-ləri nə üçün almasının sirri açıldı

9-10-2021, 07:20           
Türkiyənin Rusiyadan S-400-ləri nə üçün almasının sirri açıldı
Adıçəkilən raket komplekslərinin ikinci alayının alınacağı barədə planları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ cari ilin avqust ayında açıqlayıb.
ABŞ-ın nüfuzlu Defense News məcmuəsi Türkiyənin yüksək mənsəbli məmurlarından biri ilə Moskva ilə Ankara arasında münasibətlərin xüsusiyyətlərinin müzakirə edib.
Məcmuənin həmsöhbətinin sözlərinə görə, bu münasibətlərin əsas "sirri" ondadır ki, Türkiyə heç bir halda Rusiya ilə qarşılıqlı fəaliyyət məsələlərində geri çəkilmək və ABŞ-ın dediyi ilə oturub-durmaq fikrində deyil.
Buna misal olaraq jurnalistlər NATO üzrə tərəfdaşlarının narazılığına rəğmən Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin alınmasına dair sazişi misal gətiriblər.
Qeyd edək ki, adıçəkilən raket komplekslərinin ikinci alayının alınacağı barədə planları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ cari ilin avqust ayında açıqlayıb. Onun rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra məlum olub ki, hər iki tərəf zenit-raket kompleksləri və bir sıra digər istiqamətlərdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru