ABŞ-dan 1,4 milyardın əvəzinə bu təyyarələr alınsın!

10-10-2021, 08:48           
ABŞ-dan 1,4 milyardın əvəzinə bu təyyarələr alınsın!
Türkiyə arsenalındakı F-16-ların modernləşdirilməsi üçün ABŞ-la danışıqlara başlayıb. Ankaranın məqsədi F-35 proqramından çıxarıldıqdan sonra Hərbi Hava Qüvvələrini başqa bir yolla müasirləşdirməkdir.

Axar.az xəbər verir ki, bunu istefada olan türk generalı Ərdoğan Qaraquş deyib.

“F-35 məsələsi ilə bağlı ABŞ-da 1 milyard 400 milyon dollar pulumuz qalıb. Mümkünsə, ABŞ-dan 140 ədəd köhnə F-16-lar alaq. Alınan F-16-ları “Azad modernizasiya” layihəsi çərçivəsində tamamilə modernləşdirmək olar. Qoy radar, kompüter və idarəetmə sistemləri Türkiyəyə aid olsun. Bu günə qədər arsenalımızdakı 37 qırıcını bu formada türk F-16-ları vəziyyətinə gətirdik. Düzdür, F-16 qırıcıları F-35 kimi 5-ci nəsil təyyarələr deyil. Ancaq Türkiyə ordusunun arsenalında nə qədər çox F-16 olarsa, üstünlüyümüz də bir o qədər çox olar”, - general bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru