Suriya ərazisində iki türk polisi şəhid olub

11-10-2021, 11:43           
Suriya ərazisində iki türk polisi şəhid olub
Türkiyə təhlükəsizlik qüvvələrinin tərkibində Suriya ərazisində “Fərat qalxanı” antiterror rayonunda post-patrul xidmət aparan əməkdaşları PKK/PYD terrorçularının hücumuna məruz qalıb. Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi dairələrindən məlumat yayılıb. Bildirilir ki, Azez ilə Mare arasında post-patrul xidməti aparan Türkiyənin zirehli polis maşını terrorçular tərəfindən vurulub. Tel Rıfatdan açılan raket atəşi nəticədə iki xüsusi təyinatlı polis şəhid olub. Daha iki polis isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Türkiyə tərəfi “Fərat qalxanı” antiterror rayonunda təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru