Bu dəyişiklik mübarizəmizi gücləndirəcək - Kurum

12-10-2021, 08:11           
Bu dəyişiklik mübarizəmizi gücləndirəcək - Kurum
Türkiyəni qlobal iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli oyunçu edəcəyik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum təmsil etdiyi qurumun adının dəyişdirilməsini şərh edərkən deyib.

"Ortaq evimiz, dünyamız üçün alınan bu inqilabi yeni qərar təhsildən mədəniyyətə, iqtisadiyyatdan kənd təsərrüfatına, sənayeyə və şəhərçiliyə qədər bütün sahələrdə dərin dəyişikliklərə səbəb olan iqlim dəyişikliyinə qarşı mübarizəmizi gücləndirəcək", - M.Kurum bildirib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi məsələləri üzrə Nazirlik adlanacağını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru