Ərdoğan G20-nin Əfqanıstan üzrə işçi qrupunu yaratmağı təklif edib

13-10-2021, 08:40           
Ərdoğan G20-nin Əfqanıstan üzrə işçi qrupunu yaratmağı təklif edib
Əfqanıstanda təhlükəsizliyin və sabitliyin tez bir zamanda təmin edilməsi təkcə region üçün deyil, bütün dünya üçün çox vacibdir. Dünya birliyi Əfqanıstan xalqı ilə həmrəylik nümayiş etdirməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük iyirmiliyin" (G20) Əfqanıstandakı vəziyyət üzrə tacili sammitinin iştirakçılarına müraciətində deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, Əfqanıstanla dialoq kanalları açıq qalmalıdır: "Taliban"ı cəmiyyətin bütün sektorlarının istəklərinə cavab verən bir hökumət sistemi qurmağa yönəltmək üçün strateji səbir və mərhələli yanaşma lazımdır".

Bununla əlaqədar T.Ərdoğan G20-nin himayəsi altında Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edib. Eyni zamanda Ankaranın yeni qrupa rəhbərlik etməyə hazır olduğunu da nəzərə çatıdırıb.

Onun sözlərinə görə, Əfqanıstanda gedən proseslər yalnız siyasi və humanitar prizmaya deyil, həm də iqtisadi və maliyyə aspektlərə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru