Türkiyədə terrorçularla atışmada bir jandarm əməkdaşı həlak olub

4-12-2021, 00:03           
Türkiyədə terrorçularla atışmada bir jandarm əməkdaşı həlak olub
Türkiyənin Tunceli əyalətində “Eren Kış-6” əməliyyatı zamanı terrorçularla atışma olub. “Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün tviterdəki hesabında bildirib.

O, qeyd edib ki, Ovacıq çölündə mağarada keçirilən əməliyyat zamanı baş verən atışma zamanı bir jandarm əməkdaşı ağır yaralanıb. Göstərilən tibbi yardıma baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib, bir nəfər təslim olub.

Mağarada sıxışdırılan terrorçulara qarşı əməliyyat davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru