Türkiyə Ukraynaya məlum olduğundan daha çox “Bayraktar” satıb - Bloomberg

4-12-2021, 16:05           
Türkiyə Ukraynaya məlum olduğundan daha çox “Bayraktar” satıb - Bloomberg
“Türkiyə Ukraynaya əvvəllər məlum olduğundan çox “Bayraktar TB2” pilotsuz uçuş aparatı satıb. Gələcəkdə yeni satış da edə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Türkiyə hökumətindəki mənbələrə istinad edən agentliyin məlumatına görə, söhbət onlarla PUA-dan gedir. Gələcəkdə Ukraynaya daha 24 pilotsuz təyyarənin çatdırılması planlaşdırılır. Lakin Türkiyə hökuməti və “Bayraktar” rəsmiləri məlumatı şərh etməyib.

Qeyr-rəsmi məlumatlara görə, Ukrayna 2018-ci ildə Türkiyədən 6 ədəd “Bayraktar TB2” pilotsuz təyyarəsi almaq üçün müqavilə imzalayıb. Çatdırılma 2019-cu ilin noyabr ayında tamamlanıb. Müqavilənin dəyəri isə 69 milyon dollar olub.

Qeyd edək ki, “Bayraktar TB2” Türkiyə istehsalıdır, 150 kilometr uçuş etmək, 130 km/saat sürət yığmaq və 50 kiloqrama qədər faydalı yük daşımaq imkanlarına malik zərbə dronudur. Avtomatik uçuş və eniş sistemi ilə təchiz edilən “Bayraktar TB2” Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasında həlledici rol oynayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.