Putin və Ərdoğan arasında telefon danışığı olub - Rusiyanın təhlükəsizliyinə qarantiyanı müzakirə ediblər

3-01-2022, 07:23           
Putin və Ərdoğan arasında telefon danışığı olub -
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Rusiyanın təhlükəsizliyinə NATO tərəfindən verilməli olan qarantiyanı müzakirə ediblər.

Telefon danışığı barədə Kremlin mətbuat xidməti xəbər verib.

«Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurublar və Rusya və Türkiyə arasında qarşılıqlı faydalı aktivlik əhvalını təsdiqləyiblər» - Kremlin saytında deyilir.

Prezident administrasiyasında dəqiqləşdiriblər ki, prezidentlər beynəlxalq mövzulara, o cümlədən hüquqi cəhətdən sənədləşdirilmiş məlum razılaşmanın işlənib hazırlanması məsələsinə də toxunublar. Razılaşma Rusiya Federasiyasının təhlükəsizliyinə zəmanət verir.

Vladimir Putin və Rəcəb Ərdoğan həm də Qafqazlarda situasiyanı, Suriya və Liviya tənzimləməsi məsələsini müzakirə ediblər.

Xatırladırıq ki, dekabrın 30-da Rusiya Prezidenti ABŞ Prezidenti Co Baydenlə də telefon danışığı aparıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru