Ayaqqabı silməklə başladı, indi 40 ölkəyə iki milyon dollarlıq məhsul satır

3-01-2022, 08:48           
Ayaqqabı silməklə başladı, indi 40 ölkəyə iki milyon dollarlıq məhsul satır
Türkiyəli iş adamı, 60 yaşlı Rıfat Sarı ayaqqabı silməkdən başlayaraq 40 ölkəyə ixracata qədər uzanan uğur hekayəsi ilə diqqət çəkir.
O, Qarsdan Manisaya köçən ailəsinin dolanışığına yardım etmək üçün 10 yaşında ayaqqabı silməyə başlayıb. İbtidai məktəbi bitirdikdən sonra ayaqqabı fabrikində şagirdliyə başlayan,17 yaşında ayaqqabı ustası olan və karyerasını əsgərlikdə davam etdirən Sarı hərbi xidmətdən qayıdandan sonra 1982-ci ildə iki ortağı ilə birlikdə Üçel Ayaqqabı firmasını qurub.

O dövrdə 24 cüt kişi ayaqqabısı istehsal edən və yeni texnologiya ilə modernləşdirilən şirkət indi gündə 1000 cüt ayaqqabı istehsal etmək gücünə malikdir.

İlk ayaqqabı ixracını 1985-ci ildə Almaniyaya edən şirkət artıq Avropa, Yaxın Şərq, Qafqaz və Orta Asiya başda olmaqla dünyanın 40 ölkəsinə təxminən iki milyon dollarlıq ayaqqabı ixracı həyata keçirir.

Mənbə: “Anadolu”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru