"Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır" - Ərdoğan

9-01-2022, 00:07           
"Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır" -
"Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Konya və Karaman vilayətlərini birləşdirən sürətli dəmir yolunun açılış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, sürətli dəmir yolu sistemi Türkiyəni bütün bölgə ölkələri ilə birləşdirəcək.

Dövlət başçısı qeyd edib ki, dəmir yolunun inkişafı Türkiyə hökumətinin prioritet istiqamətlərindən biridir.

"Hökumətimiz sayəsində Londondan çıxan qatar Bosfor boğazından keçərək birbaşa Anadoluya çata bilir", - Türkiyə lideri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru