Ərdoğan və Boris Conson arasında telefon danışığı olub

15-01-2022, 00:04           
Ərdoğan və Boris Conson arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, telefon danışığında Suriya və Ukraynadakı proseslərlə yanaşı, iqlim və qaçqınlar məsələsi müzakirə olunub.

Bundan başqa, tərəflər müdafiə sənayesi, habelə ticarət sahələrində əməkdaşlığı gücləndirəcək addımlar ətrafında fikir mübadiləsi aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru