Ermənistan Türkiyə ilə sərhədləri açmaq İSTƏYİR

16-03-2022, 00:15           
Ermənistan Türkiyə ilə sərhədləri açmaq İSTƏYİR
"Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır".
Modern.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Türkiyəli həmkarımdan prosesi bu məqsədə çatdırmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, sürətlə dəyişən dünya şəraitində tərəddüd etmədən konkret addımlar atmalıyıq”, - deyə Mirzoyan söyləyib.
O, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müsbət olduğunu vurğulayıb:

“Ermənistan xalqı Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Bu, ictimai rəy sorğularında da özünü göstərir. Təbii ki, həm Ermənistanda, həm də Türkiyədə prosesə şübhə ilə yanaşan qruplar var. Hər iki tərəfin rəsmiləri siyasi mövqe tutmalıdırlar. Nazir Çavuşoğlu ilə görüşüm zamanı bəzi məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bunlar nəzərə alınacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.