ABŞ Türkiyəyə Ukraynaya S-400 verməyi təklif edib

20-03-2022, 11:15           
ABŞ Türkiyəyə Ukraynaya S-400 verməyi təklif edib
Amerika rəsmiləri türk həmkarları ilə məsləhətləşmələr zamanı Ankaranın S-400 zenit-raket komplekslərinin Kiyevə təhvil verilməsi ehtimalına toxunublar. Lakin, rəsmi olaraq belə bir təklif irəli sürülməyib. Bu barədə “Reuters” məlumat yayıb.

Eyni zamanda, analitiklərin fikrincə, “bu ideya Türkiyə tərəfindən şübhəsiz ki, rədd ediləcək”. Agentlik mənbələri qeyd ediblər ki, bu variant bir sıra səbəblərə görə, o cümlədən Ankaranın Moskva ilə münasibətləri pozmaq istəməməsi səbəbindən Türkiyə tərəfi üçün qəbuledilməzdir.

Agentlik bildirir ki, ABŞ rəsmiləri son həftələrdə Ankara ilə "gərginləşmiş münasibətləri yaxşılaşdırmaq" və Türkiyəni Vaşinqtonun orbitinə qaytarmaq üçün səylərini artırıblar. Bununla belə, bu sahədə konkret təkliflər hələ ki hazırlanmayıb.

Rusiya və Türkiyə 2017-ci ildə Moskvadan Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri Rusiyadan alan ilk NATO ölkəsidir.

virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.