Türkiyədə kirayə evlər üç dəfə bahalaşıb

23-03-2022, 08:47           
Türkiyədə kirayə evlər üç dəfə bahalaşıb
Türkiyədə kirayə evlər fevralın sonundan etibarən rusların axını səbəbindən üç dəfə bahalaşıb.

Rieltorların sözlərinə görə, Türkiyənin kurort zonaları ənənəvi olaraq ruslar arasında populyardır və fevralın sonundan, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra, Rusiya sakinləri tərəfindən uzunmüddətli kirayə evlərə tələbat əhəmiyyətli dərəcədə artıb.

“Tolerancе” agentliyinin direktoru Sergey Volçenkovun sözlərinə görə, son vaxtlar Antalya və Alanyada kirayə ev üçün rusiyalılardan müraciətlərin sayı təxminən dörd dəfə artıb ki, bu da qiymətlərin bahalaşmasına səbəb olub.

Eynilə, İstanbul, İzmir, Bodrum və Fəthiyədə kirayə mənzillərin qiymətləri iki-üç dəfə, təxminən kiçik bir studiya otaq üçün ayda 1-1,5 min dollara qədər artıb.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru