Rumıniya qırıcıları Moskva-İstanbul təyyarəsini müşayiət edib

23-03-2022, 10:06           
Rumıniya qırıcıları Moskva-İstanbul təyyarəsini müşayiət edib
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bomba xəbərdarlığı səbəbilə Moskvadan İstanbula uçan “Turkish Airlines” aviaşirkətinə məxsus təyyarəni müşayiət edib.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr martın 22-də “Turkish Airlines” aviaşirkətinə məxsus Moskva-İstanbul reysini həyata keçirən mülki təyyarəyə bomba qoyulması barədə xəbərdarlıq aldıqdan sonra, mülki təyyarəni tutmaq və müşayiət etmək üçün ölkənin hava məkanında yeni bir missiya həyata keçiriblər”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi qeyd edib ki, qırıcılar saat 17:58-də (Bakı vaxtı ilə 19:58) havaya qalxıb və mülki təyyarəni 18:24-dək (Bakı vaxtı ilə 20:24) ölkənin hava məkanını tərk edənə qədər müşayiət ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.