Türkiyə bunu da bacardı: Sualtı qayıqdan atılan torpedonun İLK SINAĞI - VİDEO

23-03-2022, 10:15           
Türkiyə bunu da bacardı:
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar yerli MÜREN atəş idarəetmə sistemindən istifadə etməklə TCG Preveze sualtı qayığından atılan AKYA torpedosunun sınaqlarında iştirak edib.

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, nazir layihənin həyata keçirilməsində iştirak edən ROKETSAN nümayəndələrinə və TÜBİTAK mütəxəssislərinə təşəkkür edib.

Hulusi Akar Türkiyə HDQ üçün sualtı qayıqların əhəmiyyətinə vurğulayıb.

"Türkiyə sahillərində yerləşdiyi bütün dənizlərin sularında sülhün tərəfdarıdır. Bütün ziddiyyətlər dialoq yolu ilə həll edilməlidir.

Eyni zamanda, kifayət qədər müdafiə gücünün formalaşdırılması çox vacibdir ki, bu da qarşı tərəfin istənilən hücumunu dəf etməyə imkan verir. Biz Türkiyə silahlı qüvvələrinin daha da gücləndirilməsi istiqamətində kursumuzu davam etdirəcəyik”, - deyə nazir əlavə edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru