Türkiyə Rusiyanı bütün qüvvələrini Ukraynadan dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb
24-03-2022, 08:46
Ukraynadaki müharibə qalibi olmayan bir müharibədir, başlamamalı idi və dərhal bitməlidir.
TNS "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu təşkilatın Ukraynaya həsr olunmuş iclasında çıxışı zamanı deyib.
O, Rusiyanın bu müharibə ilə beynəlxalq hüququ açıq şəkildə pozduğunu, yaranan vəziyyətin qəbuledilməz olduğunu bildirib.
"Lakin bu diplomatik təşəbbüslər bir tək ölkənin (Türkiyənin – red.) imkanları xaricindədir. BMT sülh quruculuğundan kənarda qala bilməz və diqqətini yalnız humanitar yardıma kökləyə bilməz. Beynəlxalq ictimaiyyətin gələcək nəsilləri müharibə bəlasından xilas etmək öhdəliyi var", - Siniroğlu vurğulayıb.
Səfir Sinirlioğlu Rusiyanı hücumları dayandırmağa, bütün qüvvələrini Ukraynadan dərhal və qeyd-şərtsiz çıxarmağa çağırıb.