Ukraynadan təxliyə edilən 185 kimsəsiz azyaşlı Türkiyəyə gətiriləcək.
Bu barədə Ukraynanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, ilkin mərhələdə Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Polşaya aparılıb. Ukrayna dövləti həmin uşaqların qəbulu ilə bağlı digər ölkələrə də müraciət edib. Bu məqsədlə Türkiyənin Daxili İşlər, Xarici İşlər, Ailə və Sosial Xidmətlər nazirlikləri, həmçinin Miqrasiya İdarəsi ilə danışıqlar aparılıb.
Türkiyə kimsəsiz uşaqları qəbul etməyə razılıq verib.
Ukraynadan Polşaya təxliyə edilən 185 kimsəsiz uşaq və onların tərbiyəçilərinin martın 26-da Polşadan birbaşa təyyarə ilə Antalyaya gətirilməsi gözlənilir.