Mina təhlükəsinə görə bağlanan İstanbul boğazı yenidən açıldı - VİDEO + YENİLƏNİB

26-03-2022, 17:26           
Mina təhlükəsinə görə bağlanan İstanbul boğazı yenidən açıldı - VİDEO + YENİLƏNİB
İstanbul Boğazında partlayıcı qurğu görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tvitter hesabında məlumat paylaşılıb. Bildirilib ki, dənizdə minaya bənzər obyekt aşkar edildikdən sonra dərhal hadisə yerinə ordu mütəxəssisləri göndərilib. Mütəxəssislər cismi zərərsizləşdirmək üçün müdaxiləyə başlayıblar.

Təhülkəsizlik məqsədilə İstanbul Boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb. Hazırda zərərsizləşdirmə istiqamətində işlər davam edir. Hadisə yerinə helikopterlər də cəlb olunub.

Qeyd edək ki, qurğu bir vətəndaş tərəfindən mobil telefonla kameraya çəkilib. Görüntülər sosial şəbəkədə paylaşıldıqdan sonra Türkiyə MN məsələyə müdaxilə edib.

***

İstanbul boğazında hərəkət bərpa edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru