İstanbul boğazında tapılan qurğu rus minası imiş...

26-03-2022, 18:13           
İstanbul boğazında tapılan qurğu rus minası imiş...
Xəbər verdiyimiz kimi, İstanbul boğazında partlayıcı qurğu görüntülənib. Təhlükəsizlik məqsədilə İstanbul Boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlansa da, bir müddət sonra gəmilərin hərəkəti bərpa edilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, qurğunun Rusiyaya məxsus köhnə mina olduğu müəyyən edilib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlama verərək, minanın zərərsizləşdirildiyini bildirib.

Hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru