Mina təhlükəsinə görə Qara dənizin bir hissəsində balıq ovu yasaqlandı

27-03-2022, 08:09           
Mina təhlükəsinə görə Qara dənizin bir hissəsində balıq ovu yasaqlandı
Qadağa bu gündən qüvvəyə minəcək

İstanbulun Bosfor boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstan ilə Türkiyənin Kocaeli vilayətinin Kefken rayonu arasındakı bölgəsində gecə saatlarında hər cür balıq ovu qadağan edilir.

AYNA-nın xəbərinə görə, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bölgədə balıqçılıq edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa bu gündən qüvvəyə minəcək və yeni elan verilənədək davam edəcək.

Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla, hər cür balıq ovu edən bütün balıqçılara şamil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru