Çavuşoğlu: Türkiyə, Fransa və İtaliya hava hücumundan müdafiə sistemlərini birgə istehsal edəcək

27-03-2022, 11:25           
Çavuşoğlu: Türkiyə, Fransa və İtaliya hava hücumundan müdafiə sistemlərini birgə istehsal edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti və İtaliyanın baş naziri arasında aparılan danışıqlardan danışıb. Onun sözlərinə görə, liderlər SAMP-T hava hücumundan müdafiə sistemlərinin birgə istehsalını müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.

"Türkiyə hərbi sənayenin tələbatının 70%-dən çoxunu təkbaşına istehsal edir", - nazir vurğulayıb.

O, əlavə edib ki, hazırda Türkiyə, Fransa və İtaliyanın birgə səyləri ilə SAMP-T hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı intensiv danışıqlar aparılır. NATO-ya üzv ölkələrin fövqəladə sammitində prezident Ərdoğan bu mövzunu Fransa prezidenti və İtaliyanın baş naziri ilə müzakirə edib.

Türkiyənin xarici işlər naziri Rusiya-Ukrayna müharibəsinə də toxunub:

“Biz Ukraynada tezliklə atəşkəsin tərəfdarıyıq. Türkiyənin bu məsələdə prinsipial mövqeyi var. Suveren Ukraynaya qarşı təcavüz qəbuledilməzdir. Biz Ukrayna ilə Rusiya arasında danışıqlar prosesini dəstəkləyirik. Bununla yanaşı, Ukraynanın Mariupol və digər vilayətlərində baş vermiş fəlakətli humanitar vəziyyət mülki əhalinin təhlükəsizliyini təhdid edir. Bizim əsas vəzifəmiz Putin və Zelenskini danışıqlar masasına gətirməkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.