Ərdoğan: “Ukrayna-Rusiya böhranında razılaşmaya çalışan tək ölkəyik”

29-03-2022, 00:08           
Ərdoğan: “Ukrayna-Rusiya böhranında razılaşmaya çalışan tək ölkəyik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Nazirlər Kabinetinin iclası keçirilib.

Görüşdən sonra dövlət başçısı mühüm açıqlamalar verib.

O, bildirib ki, sabah İstanbulda Rusiya - Ukrayna danışıqlarından öncə nümayəndə heyətləri ilə görüş təşkil ediləcək.

“Biz sülh yolunda ən çox səy göstərən ölkəyik. Türkiyə 40 ilə yaxınlaşan terrorla mübarizədə ödədiyi bütün bədəllərə baxmayaraq, tutduğu xəttdən dönmədi. Hamı mənfəət dalınca gedəndə biz sülh dedik.

Biz Ukrayna böhranında tərəflərə həmişə sülhü təbliğ etmişik və bu istiqamətdə ən böyük səyi göstərmişik. Döyüşən ölkələr arasında ən yüksək səviyyəli təmas olan xarici işlər nazirlərinin toplantısı məhz Antalyada keçirilib. Sabah da Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda bir araya gələcək. Danışıqlardan öncə nümayəndə heyətlərilə görüşəcəyik”, - deyə Ərdoğan bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.