Türkiyədən Krım və Donbasla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF

29-03-2022, 10:38           
Türkiyədən Krım və Donbasla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF
Türkiyə tərəfi Rusiya və Ukrayna arasında mübahisə yaradan Krımla və Donbasla bağlı təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. İddialara görə, İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə gizli görüş keçirilib. Görüşdə Türkiyə təklifini tərəflərə təqdim edib. Türkiyə Krım və Donbasın xüsusi statuslu bölgə kimi uzun müddət Rusiyanın nəzarətində qalmasını təklif edib. Məlumata görə bu model Böyük Britaniyanın Honkonq üzərindəki nəzarət modelinə bənzəyir.

Tərəflərin Türkiyənin təklifinə necə cavab verdiyi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru