Türkiyənin yüksəlişindən bu 4 ölkə çox narahat olur - Nazir açıqladı
18-04-2016, 21:47
Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Türkiyənin yüksəlişindən narahat olan 4 ölkənin adını açıqlayıb.
Avropa.info xəbər verir ki, səhiyyə naziri Mehmet Müəzzinoğlu Tekirdağda bir xəstəxananın təməlini atarkən Türkiyə ilə bağlı mühüm açıqlamalar verib.
Müəzzinoğlu Türkiyənin yüksəlişindən, dünya ölkələri ilə yarışından narahatlıq duyanların olduğunu ifadə edərək sözlərinə belə davam edib:
"Bu yarışdan Almaniya narahat olur, Fransa narahat olur, İngiltərə və İsrail də narahat olur. Onların narahat olmasını anlayıram. Çünki Almaniya güclü bir Türkiyə istəmir. İngiltərə güclü bir Türkiyə istəmir. İsrail və Fransa da güclü bir Türkiyə istəmir. Amma istəsələr də istəməsələr də biz millət olaraq o hədəfə doğru getməyə davam edəcəyik."