Türkiyə və İsrail təbii qaz ixracı sahəsində əməkdaşlıq edə bilər

30-05-2022, 11:13           
Türkiyə və İsrail təbii qaz ixracı sahəsində əməkdaşlıq edə bilər
Türkiyə və İsrail arasında Aralıq dənizindəki qaz yataqlarından əldə ediləcək mavi yanacağın Avropaya nəqli sahəsində mümkün əməkdaşlıq barədə danışıqlar keçiriləcək.


Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İlk növbədə, yeni qazma gəmisi ilə seysmik tədqiqat gəmilərimizin müəyyən etdiyi yerlər var. Qazma gəmilərimiz bu təyin olunmuş yerlərdə işlərini görəcək. Təbii qazla bağlı İsraillə əməkdaşlıq məqsədilə bizim enerji və təbii sərvətlər nazirimizin israilli rəsmilərlə görüşləri olacaq.

Xarici işlər nazirimizin bizə gətirdiyi məlumatlara baxsaq, deyirlər ki, məsələyə dair müzakirələrə hazırdırlar və bu çərçivədə də işimizi davam etdirəcəyik. Beləliklə, Türkiyə-İsrail münasibətlərini daha müsbət nöqtəyə gətirmək üçün addımlar atmış olacağıq. Hazırda mövzuya münasibət müsbətdir. Ümid edirəm ki, biz bu müsbət istiqamətdə inkişafı tez bir zamanda görə biləcəyik”, - deyə Türkiyə prezidenti qeyd edib.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru