İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqları davam etdirəcək

1-06-2022, 10:26           
İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqları davam etdirəcək
İsveç NATO-ya daxil olmaq məsələsində Türkiyə ilə danışıqları davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə İsveçin Baş naziri Manqdalena Andersson TT xəbər agentliyinə müsahibəsində bildirib.

İsveç və Finlandiya nümayəndə heyətlərinin Ankaraya səfərini şərh edən Baş nazir danışıqların gözlənilən səviyyədə olmadığını deyib. “Təəssüf ki, danışıqlar gözlənildiyi kimi olmadı”, - Andersson bildirib.

Onun sözlərinə görə, Stokholm Türkiyə ilə danışıqları müxtəlif səviyyələrdə davam etdirəcək. "Bu, dialoqun davam etdirilməsi ilə bağlıdır", - o deyib.

Ankaraya səfərinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandıran Andersson deyib ki, Stokholm bu prosesdə düzgün bildiyi hər şeyi edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru