Akar: “F-16”larla bağlı görüşlər müsbət ab-havada keçib”

2-06-2022, 00:01           
Akar:
Biz “Blok 70 Viper”lərin alınması və digər təyyarələrimizin (F-16-lar) modernləşdirilməsi üçün müəyyən prosedur çərçivəsində işləmişik. İnanırıq ki, müttəfiqimiz ABŞ da Türkiyənin bu baxımdan ehtiyacını qarşılayacaq. Bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.

O, kollektiv müdafiə və qarşılıqlı fəaliyyət baxımından ABŞ administrasiyasının bunu diqqətsiz qoymayacağına inandığını bildirib.

“Çünki həm Türkiyəyə gələn ABŞ nümayəndə heyətləri ilə keçirilən görüşlər, həm də ABŞ-a gedən nümayəndə heyətinin konqres üzvləri ilə təmasları müsbət ab-havada olmuş və təmasların davam etdirilməsi üçün zəmin yaranmışdı”,- deyə nazir qeyd edib.

Akar, NATO-nun güclü olması üçün üzvlərinin fərdi olaraq güclü olmasının zərurətini vurğulayaraq, bu güc anlayışında ən mühüm elementinin hava sahəsinin təhlükəsizliyi olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru