Ərdoğan: “Türkiyə və Pakistan birlikdə 4 freqat inşa edəcək”

2-06-2022, 00:02           
Ərdoğan:
Türkiyə və Pakistan arasında hərbi sənaye sahəsində əməkdaşlıq genişləndiriləcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, 2023-cü ilin avqust ayında ikisi Türkiyədə, ikisi də Pakistanda olmaqla, cəmi 4 freqat tipli gəminin təhvil-təslim işləri başlayacaq.

Bundan əlavə, Ərdoğan ölkəsi ilə Pakistan arasında bütün sahələrdə əməkdaşlığın qenişləndirilməsinin vacibliyini vurğulayaraq, “Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlığı” iclasının bu ilin sentyabr ayında Pakistanda baş tutacağını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru