Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib

4-06-2022, 00:10           
Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, danışıqların mövzusu İsveç və Finlandiyanın NATO-ya üzvlük istəyi olub.

Ərdoğan bildirib ki, Türkiyənin İsveç və Finlandiyanın üzvlük tələbləri ilə bağlı təhlükəsizlik narahatlığı ədalətli və qanuni əsaslara əsaslanır.

Prezidentin sözlərinə görə, hər iki ölkə terrora dəstəyi dayandırdıqlarını, Türkiyəyə qarşı sanksiyaları qaldırdıqlarını və müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə bildirməlidirlər.

NATO-nun baş katibi Stoltenberq də mühüm müttəfiqi olan Türkiyənin gözləntilərinin nəzərə alınmasının vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, İsveç və Finlandiya PKK terror təşkilatına açıq dəstək nümayiş etdirirlər. Hər iki ölkədə terrorçulara dəstək aksiyaları keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru