Türkiyə ordusu 6 terrorçunu MƏHV ETDİ

5-06-2022, 08:13           
Türkiyə ordusu 6 terrorçunu MƏHV ETDİ
Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.

Teref.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri terrorçuların yuvalarını məhv etməyə davam edir. Bu fəaliyyət çərçivəsində İraqın şimalında "Pençe-Kilit" əməliyyatı zonasında müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib", - məlumatda bildirilir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru