Miçotakisdən Türkiyəyə qarşı ittiham

5-06-2022, 10:55           
Miçotakisdən Türkiyəyə qarşı ittiham
Yunanıstan aqressiv davranışlara, revizionist ritorikaya və yunan suverenliyinin pozulması ilə nəticələnən hərəkətlərə tolerantlıq göstərməyəcək.

Axar.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis deyib.

"Davranışını dəyişdirmək Türkiyənin öz əlindədir. Biz heç vaxt sərhədləri aşan və hücum göstərən tərəf olmamışıq.

Ölkəmizi müdafiə etmək imkanımız var. Bizi dəstəkləyən müttəfiqlərimiz də var", - Miçotakis bildirib.

O, fikir ayrılıqlarının beynəlxalq hüquq əsasında nəzərdən keçirilməli olduğunu bildirib və Türkiyənin yunan adalarının silahlandırıldığı barədə açıqlamalarını “qəbuledilməz” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru