"Putin Ərdoğanla razılaşmaq məcburiyyətində qaldı" - Türkiyə ordusu hərəkətə keçir

8-06-2022, 10:28           
"Putin Ərdoğanla razılaşmaq məcburiyyətində qaldı" -
“Türkiyə Suriyada keçirəcəyi antiterror əməliyyatlarını Rusiya ilə razılaşdırıb”.

Metbuat.az xəbər verir ki, Türkiyənin təcrübəli eksperti, keçmiş hərbçi Abdullah Ağar belə açıqlama verib. O bildirib ki, Prezident Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın həmləsindən narahat olsa da, Ankaraya qarşı çıxmağın mənasız olduğunu anlayır. Ekspertin sözlərinə görə, hazırda Suriyada problemlər dalana dirənib və çıxış yolu yoxdur. O hesab edir ki, Türkiyənin həmləsindən sonra Suriyada problemlərin həlli üçün imkanlar yarana bilər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgələri ilə bağlı işlərin tamamlanması üçün hərbi əməliyyatlara başlayacaqlarını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru