Ərdoğan “Türkiyəni NATO-dan çıxarın” deyən senatorun cavabını verdi...

9-06-2022, 18:08           
Ərdoğan “Türkiyəni NATO-dan çıxarın” deyən senatorun cavabını verdi...
Yəqin ki xatırlayırsınız:Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasınıterror təşkilatlarına sığınacaq vermələri səbəbindən dəstəkləməməsidünya gündəminə çox böyük təsir göstərdi. Bu arada Kanada parlamentinin yunan əsilli senatoru Leo Husakos "Twitter" hesabında Türkiyənin haqlı mövqeyini tənqid edərək, təxribatçı təklif irəli sürdü. Belə ki, senator Finlandiya və İsveçin alyansa üzv olması üçün Türkiyənin NATO-dan çıxarılmasını təkif etdi:"Bu məsələ asanlıqla həll edilə bilər. Sadəcə Türkiyəni və Ərdoğanı NATO-dan atın. Beynəlxalq hüququn aliliyinə hörmət etməyən avtokratlar və hökumətlər NATO-nun bir hissəsi olmamalıdır".

Nəhayət bu gün Leo Husakosun çıxışına reaksiya verildi.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanad çəkməsə də senatorun cavabını layiqincə verib.

Türk lider bildirib ki, bəzi yunan siyasətçiləri dünyada görünməmiş bir ehtiyatsızlıqla ağla, məntiqə və qanuna zidd olan söz və hərəkətlərlə gündəm yaratmağa çalışırlar: “Biz bir daha Yunanıstanı adaların silahlandırılmasını dayandırmağa və beynəlxalq müqavilələrə əməl etməyə dəvət edirik. Mən zarafat etmirəm, ciddiyəm. Bu millət nəsə deyirsə, ardını da düşünür”,

Qeyd edək ki,1987-ci və 1996-cı illərdə Egey dənizinin su sahəsindəki suverenlik və onun üzərindəki hava məkanı ilə bağlı mübahisələr iki dövlət arasında hərbi əməliyyatların başlamasına səbəb ola biləcəyi böhran vəziyyətlərinə səbəb olub. Vəziyyət hələ də gərgin olaraq qalıb.



Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.