Davudoğlu istefa anonsunu verdi...

4-05-2016, 01:46           
Davudoğlu istefa anonsunu verdi...
AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu partiya daxilində səlahiyyətləri əlindən alındıqdan sonra keçirdiyi toplantıda istefa anonsunu verib.

Moderator.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yarım saatlıq çıxışında lazım gələrsə bütün vəzifələrindən imtina edəcəyini, lakin heç bir dostunun qəlbini qırmyacağını bildirib:

“Ölkəmizə, millətimizə, bizi biz edən dəyərlərimizə xəyanət etməyəcəyik, edənlərə də icazə verməyəcəyik. Silopidə əyilib qulağıma “Bizi yalnız buraxmayın” deyən yaşlı əmi də, Berqamada yağışın altında saatlarca gözlədikdən sonra əllərini səmaya açıb dua edən yaşlı xala da, ümidini AKP-yə bağlayan milyonlarla insan narahat olmasın. Bütün nəfsimi ayaqlar altında tapdalayaram, hər vəzifəmdən istefa edərəm, amma heç vaxt bir dostumun qəlbini qırmaram. Dünya məzlumlarının tək ümid yeri olan bu AK hərəkatın zərər görməsinə, bu AK ürəkli üzvlərin üzülməsinə icazə vermərəm”, - deyə Davudoğlu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru