Nazarbayev və ailəsi bütün imtiyazlarını itirdi - Tokayev qanun imzaladı

16-02-2023, 09:24           
Nazarbayev və ailəsi bütün imtiyazlarını itirdi -
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev 2000-ci ildə qəbul edilmiş xüsusi statusundan məhrum edilib.

Teref.az Azpost.info-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qanun imzalayıb.

“Qazaxıstanın birinci prezidenti – Elbası haqqında” Qazaxıstanın Konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” qanun imzalanıb”, – məlumatda deyilir.

Xüsusi status qanunu Nazarbayevin və onunla birlikdə yaşayan ailə üzvlərinin əmlakının toxunulmaz olduğunu və onları həbs etmək mümkün olmadığını nəzərdə tuturdu.

Qanuna əsasən, dövlət Nazarbayev və ailəsinin saxlanması xərclərini də öz üzərinə götürmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.