Dağıntılar altında qalan 13 yaşlı qız: “Çıxmağıma mane olursa, ayağımı kəsin!” - FOTO

16-02-2023, 10:43           
Dağıntılar altında qalan 13 yaşlı qız:
Türkiyədəki 7, 7 bal gücündəki zəlzələdə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət bölgəsindəki Adıyamanda bina uçqununda 13 yaşlı Esmanın ayaqları iki divan arasında qalıb.

Xilasedicilər onu qurtarmağa çalışarkən Esma “Əgər buradan çıxmağıma mane olursa, ayağımı kəsin” sözlərini söyləyib.

Azyaşlının bu sözləri hər kəsi kövrəldib. Xilasedicilər onu dağıntıların altından çıxarmaq üçün 9 saat sərf ediblər. Nəticədə Esma bina uçqunundan azad olub.

Dayısı onu xilas edən əməkdaşlara təşəkkür edərək bu yaxşılıqlarını unutmayacağını deyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru