Üçbucaq bina sosial mediada gündəm olub –

17-02-2023, 00:04           
Üçbucaq bina sosial mediada gündəm olub –
Fevralın 6-da Kahramanmaraşda baş verən dəhşətli zəlzələlər Türkiyədəki binaların təhlükəsizliyi məsələsini gündəmə gətirib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Çəkməköy bölgəsində tikilən beşmərtəbəli yaşayış binasının maraqlı arxitekturası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, sosial şəbəkə istifadəçiləri üçbucaq formada və ön tərəfdən nazik divar üzərində tikilən binanın fotolarını paylaşaraq, zəlzələ zamanı uçmaq təhlükəsinin olduğunu yazıblar.

Həmin binanın podratçısı Eser Karataş bildirib ki, sözügedən bina zəlzələyə dayanıqlı şəkildə inşa edilib.

“Bu, yeni bir binadır. Heç 10 il deyil tikilib. Binanın quruluşu və forması bələdiyyə tərəfindən təsdiq edilib. Bu mövzuda paylaşım edən dostlardan xahiş edirəm ki, əvvəlki postlarını silsinlər. Əks halda hüquqi prosedurlara başlayacağıq”,-deyə o, bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.