İngilis dili müəllimi xilasedicilərə belə təşəkkür etdi -FOTO

18-02-2023, 09:16           
İngilis dili müəllimi xilasedicilərə belə təşəkkür etdi -FOTO
Türkiyədə zəlzələlər zamanı dağıntılar altında qalan ingilis dili müəllimi Şahin onu qurtaran xilasedicilərə təşəkkür edib. 1999-cu ilin 17 avqust və 12 noyabr zəlzələlərində yaxınlarını itirən yanğınsöndürənlərdən ibarət komanda 25 saatlıq işdən sonra zəlzələnin 102-ci saatında müəllimi dağıntılar altından çıxara bilib.

Bu müddət ərzində yanğınsöndürənlərlə söhbət edərək onlarla yaxından tanış olmaq fürsəti tapan Şahin müalicə aldığı Sivas Cümhuriyyət Universiteti Araşdırma və Tətbiq Xəstəxanasından video zəng edərək qrupdakı hər bir xilasediciyə təşəkkür edib.

"Sizlərlə dağıntılar altında danışanda müsbət enerjiniz mənə keçdi. Dağıntılar altında səsinizi eşidirdim. Bu səsi eşidəndə məndə özünə güvən yarandı. Sizin kimi könüllü olacağam. Kaş ki, tez sağalıb sizlərə qatıla bilsəydim", - Şahin deyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.