Bu məşhurun Türkiyəyə etdiyi ianə geri qaytarıldı: Utancverici məbləğ / FOTO

22-02-2023, 11:48           
Bu məşhurun Türkiyəyə etdiyi ianə geri qaytarıldı: Utancverici məbləğ / FOTO
“Ethereum” kriptovalyuta şirkətinin qurucusu Vitalik Buterin AHBAP-ın hesabına 1 ETH (1500 dollar) ianə edib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, milyonçunun belə kiçik məbləğ ianə etməsi birmənalı qarşılanmayıb. Kriptovalyuta sahəsində işləyən Murat Pak az miqdarda olan ianəni Buterinə qaytarıb. O bu barədə sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, AHBAP dərnəyinin qurucusu Haluk Levent kriptovalyuta ilə ianə etmək istəyənlər üçün hesab yaradıb. Bu hesaba edilən ianələrin məbləğini və onların kim tərəfindən edildiyini izləmək olur. İndiyə qədər hesaba 2,35 milyon dollardan çox ianə edilib.

Ethereum Bitkoindən sonra ən böyük kriptovalyutadır.


-












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru