Güneydən Şimala çağırış: Bu kampaniyaya başlayın!

22-02-2023, 12:27           
Güneydən Şimala çağırış:
Beynəlxalq Ana Dili Günündə ən çox uşaqlar sevinir. Lakin onların öz ana dilində oxuyub-yazması üçün Şimali Azərbaycanın yardımına ehtiyac var.

Bu sözləri Axar.az-a tanınmış güneyli yazar və jurnalist Məsud Haray deyib.

“Builki bayramda (21 Fevral – Beynəlxalq Ana Dili Günü) zəlzələdən zərər görmüş Xoy şəhərində və onun ətrafındakı kəndlərdə kitab paylanması mərasimi baş tutub. Yeni nəsl ən güclü silahla - kimliyimizi ifadə edən dilimizlə silahlanırlar. Şimali Azərbaycandakı dil, mədəniyyət sevən qardaşlarımıza səslənmək istəyirəm ki, əllərindən gəlirsə, orada yayımlanan uşaq ədəbiyyatı kitablarını Güney Azərbaycana çatdırmaq üçün bir kampaniyaya başlasınlar. Çünki güneyli uşaqların da gözü əvvəl-axır latın əlifbasına alışmalıdır. Bütöv Azərbaycan uğruna oradakı uşaqlarımıza da kitab göndərsinlər”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru