“Ankara və onun ətrafındakı ələvi Dədələri onlara təklif olunan Dədə maaşını rədd etdilər... - Din pulla alınıb satılmaz...

22-02-2023, 10:59           
“Ankara və onun ətrafındakı ələvi Dədələri onlara təklif olunan Dədə maaşını rədd etdilər... -
Nümayəndə dostlar belə bir təklif igətirdilər: “Yeni qurulan Ələvi İdarəsinə 1600 dədə və hər dədə (cemevi) heyətinə 4 görevli olmaqla cəmi 8000 nəfər cəlb olunacaq.Sizdən xahiş edirik ki, uyğun gördüyünüz dədələrin adlarını bizə verəsiniz”.
Təklif aşağıdakı xülasə ilə yekdilliklə rədd edildi:
"İndiyə qədər maaşlı dədəlik etməmişik, bundan sonra da etməyəcəyik. Bizim belə tələbimiz yoxdur, olmayacaq da. Maaşla dədə olmaz, loxma yemək olmaz razılığı olmadan, nə də maaş alan dədə dədə ola bilməz.
Dövlət pulu dövlət puludur. Vergi inanc naminə deyil, camaatın ehtiyacı üçün yığılır. İman ictimai deyil, fərdidir. Bu şəxsidir. Dövlətin inanc adı ilə büdcə ayırıb bölüşdürməsi düzgün deyil. Dinin pulla alınıb-satılmasına, kommersiyalaşmasına, boşaldılmasına, kommersiya sektoru kimi bəzi insanların və dairələrin sərvət vasitəsinə çevrilməsinə səbəb olub. Bu əməl yanlışdır, dinə, inanca, mənəviyyata böyük ziyan vurur. Təcili, bu səhvi düzəltmək lazımdır”.
Sitat
Qeyd: İmam-ı Əzəm yolunda olan heç bir imam maaşla işləməz.
Dursun Elmas
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru