Hatay bir daha silkələndi...

24-02-2023, 00:01           
Hatay bir daha silkələndi...
Kahramanmaraş mərkəzli zəlzələlərin böyük dağıntılara səbəb olduğu Hatay bir daha sarsılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, saat 18.53-də Defne rayonunda yenidən zəlzələ baş verib. Həftə ərzində 6,4 və 5,8 bal gücündə baş verən zəlzələlər vətəndaşlarda təşviş yaradıb.

AFAD Defne rayonunda baş verən zəlzələnin maqnitudasının 5 bal olduğunu açıqlayıb. Zəlzələnin dərinliyinin 9,76 kilometr olduğu bildirilib. Dağıntı ilə bağlı məlumat paylaşılmasa da, təbiət hadisəsinin uzun çəkmədiyi məlum olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.