Hatayda daha bir zəlzələ: bir neçə bina çoküb

24-02-2023, 08:05           
Hatayda daha bir zəlzələ: bir neçə bina çoküb
Türkiyənin Hatay vilayətində 5 bal gücündə daha bir zəlzələ baş verib.

Pressklub.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələnin episentri Defne rayonudur.

Hatay valisi Rəhmi Doğan bildirib ki, təkandan dərhal sonra axtarış-xilasetmə dəstələri araşdırma aparıblar.

“İlkin məlumata görə, bir neçə zədəli binanın uçmasından başqa elə bir dağıntı yoxdur. Yaralanma və ya uçqun altında qalma halı da olmayıb” – deyə vali bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru